10:26 - 19.10.2018
19 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,34 dollar (0,42%) enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,51 dollar təşkil edir.
Keçən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti 1,1 dollar (1,6%) enərək bir barelə 68,65 dollar təşkil etmişdir.
Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti 0,76 dollar (0,95%) enərək bir barelə 79,29 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 10,64 dollar təşkil edir.
30 İyul 2026
29 İyul 2026