09:36 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Əvvəlki iki sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə axşamı ticarətində etalon markaların qiyməti yüksəlir.
Brent markalı neftin yanvar fyuçersləri ICE Futures birjasında saat 09:33-ə olan məlumata görə $0,26 (0,41%) artaraq bir barel üçün $63,78-a çatıb. Noyabrın 5–də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,92 (1,43%) azalaraq bir barel üçün $63,52-a enib.
Saat 09:33-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,26 (0,44%) artaraq bir barel üçün $59,86-a yüksəlib. Noyabrın 5–də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,96 (1,59%) ucuzlaşaraq bir barel üçün $59,60-a düşüb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026