17:30 - 4.11.2025
4 noyabr, Fineko/abc.az. Son 5 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xalis mənfəətliliyi təxminən 2 dəfədən çox artıb.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, son 5 il ərzində şirkətin EBITDA göstəricisi (faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) isə təxminən 3 dəfədən çox artıb.
M. Cabbarov qeyd edib ki, vergi ödənişləri ilə bağlı səslənən bəzi mülahizələr düzgün deyil: "Bu məlumatlar açıqdır. Yanaşma belə olub ki, müəssisə yalnız mənfəət vergisini ödəyir. Amma belə deyil - SOCAR tərəfindən ödənilən vergilər müxtəlif növlərdən ibarətdir. Dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması hər zaman aidiyyəti strukturların diqqətində olacaq".
Nazir həmçinin vurğulayıb ki, hər hansı şirkətin, o cümlədən SOCAR-ın fəaliyyəti ilə bağlı suallar birbaşa şirkətə ünvanlanmalıdır: "Xüsusilə deputatlar tərəfindən səslənən sualların cavablandırılacağından əminəm". ©Report
28 Sentyabr 2026
28 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
28 Sentyabr 2026