Azərbaycanda neft-qaz sektorunda azalma, qeyri-neftdə isə artım olub - DB

14:35 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazda strateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalında bildirilib.

Qeyd edilib ki, hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyə dəyişkənliklərə - o cümlədən 2015-ci ildəki neft qiymətləri şoku və COVID-19 pandemiyası - qarşı mübarizə aparmağa, fiskal və xarici ticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətli makroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan verib.

Son təhlil göstərir ki, 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3,2%-lik daralma müşahidə olunsa da, qeyri-neft sektorunda artım 3,9%-ə təşkil edib. Tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb. Kənd təsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.