14:21 - 29.10.2025
29 oktyabr, Fineko/abc.az. Bu gün Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalını təqdim edib.
ABC.AZ xəbər verir ki, hesabatda ölkənin makroiqtisadi göstəriciləri və perspektivləri barədə ətraflı məlumat öz əksini tapıb.
Sözügedən hesabatda Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı (AÖİİ) ildə iki dəfə dərc olunacaq hesabatdır və ölkədəki son iqtisadi hadisələri və perspektivləri əhatə edir.
Hər hesabat iki hissədən ibarət olacaq: birinci hissədə son iqtisadi meyllərin təhlili və orta müddətli perspektivlər və risklər müzakirə olunacaq, ikinci hissədə isə konkret siyasət məsələsi dərindən araşdırılacaq. Azərbaycan son on ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlılıq nümayiş etdirib.
Rəqabət Məcəlləsinin qəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərində şəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətində atılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayıb.
14 Avqust 2026