12:29 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. Hazırda dünyada sığorta texnologiyaları (InsurTech) bazarının həcmi təxminən 35 milyard dollar təşkil edir.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) sədri Vüsal Qasımlı "Türk Dövlətləri InsurTech Sammiti 2025"də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın illərdə bu bazarın dinamik inkişafı gözlənilir və 2034-cü ilə qədər InsurTech sektorunun həcminin 610 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır:
"Görüldüyü kimi, proses çox böyük sürətlə gedir. Bizim vaxtımız azdır. Əgər yeniliklərə vaxtında adaptasiya ola bilməsək, rəqabəti uduzmaq kimi riskimiz var. Xüsusən də qeyd etmək istəyirəm ki, bu gün artıq böyük verilənlər (Big Data) bazasının yaradılması və risklərin qiymətləndirilməsinin daha yüksək mərhələyə keçməsi sığortanın mahiyyətini köklü şəkildə dəyişir", - V. Qasımlı bildirib.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026