Azərbaycanda pambıq mahlıcı və ipliyi istehsalı artıb

10:45 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında ölkədə 48,1 min ton pambıq mahlıcı, 15,3 min ton pambıq ipliyi istehsal edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 33 faiz, pambıq ipliyinin istehsalı isə 23,1 faiz artıb.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə təqribən 12,3 min ton, pambıq ipliyi üzrə isə 4,7 min ton təşkil edib. © Vergiler