Neft bahalaşır, Brent bir barel üçün $66,18 təşkil edir

09:37 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.

Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:25-ə olan məlumata əsasən $0,24 (0,37%) artaraq bir barel üçün $66,18-a çatıb. Oktyabrın 24 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,05 (0,08%) ucuzlaşaraq bir barel üçün $65,94 təşkil edib.

Ssat 09:25-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,24 (0,39%) artaraq bir barel üçün $61,74-a yüksəlib. Oktyabrın 24 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,29 (0,47%) ucuzlaşaraq bir barel üçün $61,50-a düşüb.

Ötən həftə Brent markalı neft 7,59%, WTI isə 7,61% bahalaşıb.