Misin dəyəri orta dərəcədə artır

15:04 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Cümə axşamı səhər misin dəyəri əvvəlki ticarət gününün orta müsbət dinamikasını davam etdirir.

ABC.AZ xəbər verir ki, saat 10.37-da (Bakı vaxtı ilə) Comex birjasında misin dekabr fyuçersləri 0,64% bahalaşaraq funt başına 5,028 dollara (təxminən 0,45 kiloqram) çatıb. Çərşənbə günü metal qiymətləri 0,44% artıb.

London metal birjasında (LME) əvvəlki günün ticarət nəticələrinə görə, üç aydan sonra tədarük ilə bir ton misin dəyəri 0,37% - 10,663 dollara, alüminium 0,93% - 2,807 dollara, sink 1,37% -3,029 dollara yüksəlib.