14:20 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Hindistanın dövlət neft emalı şirkətləri Rusiyanın "Rosneft" və "Lukoyl" şirkətlərindən birbaşa neft tədarükü barədə göstərişlərin olmamasına dair müqavilələri yoxlayır.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistanın The Economic Times qəzeti yazır.
"Hindistan Dövlət Neft Emalı şirkətləri "Rosneft" və "Lukoyl"dan birbaşa tədarükün olmamasına zəmanət vermək üçün Rusiya neftinin ticarəti ilə bağlı sənədlərə yenidən baxırlar", - deyə qəzet öz mənbələrinə istinadən bildirir.
Xatırladaq ki, oktyabrın 23-də ABŞ prezidenti Donald Tramp Rusiyanın "Rosneft" və "Lukoyl" neft şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026