17:07 - 12.10.2018
12 oktyabr, Fineko/abc.az. Azərbaycan Parlamenti bu gün Xəzərin Azərbaycan sektorundakı Şimali Abşeronda yerləşən D230 blokunda birgə kəşfiyyat və işlənmə üçün məhsul bölgüsü haqqında razılaşmanı ratifikasiya edib.
Razılaşma 26 aprel 2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Britaniyanın BP şirkəti arasında imzalanmışdır.
Razılaşma 25 il müüdətinə bağlanılıb.