Taxıl birjalarında qiymətlər aşağı düşüb

16:46 - 22.10.2025


22 oktyabr, Fineko/abc.az. Oktyabrın 21-də ABŞ-ın taxıl birjalarında əsas məhsulların qiymətlərində xeyli azalma qeydə alınıb.

ABC.AZ xəbər verir ki, Çikaqodakı CBOT birjasında qarğıdalı kotirovkaları 3,75 ¢/bsh (0,89%) azalaraq 419,50 ¢/bsh səviyyəsinə enib (əvvəlki sessiyada 423,25 ¢/bsh).

Yumşaq qırmızı dənli qış buğdası (SRW) 3,00 ¢/bsh (0,59%) ucuzlaşaraq 501,75 ¢/bsh olub (əvvəl 504,75 ¢/bsh).

Kanzas KCBT birjasında bərk qırmızı dənli qış buğdası (HRW) 5,00 ¢/bsh (1,02%) azalaraq 485,00 ¢/bsh təşkil edib (əvvəlki sessiyada 490,00 ¢/bsh).

Yulaf bir qədər artım göstərib - CBOT birjasında qiymətlər 1,75 ¢/bsh (0,58%) yüksələrək 301,50 ¢/bsh olub (əvvəlki göstərici 299,75 ¢/bsh).

Eyni zamanda, uzundənəli qaba düyü 0,01 usd/cwt (0,10%) azalaraq 10,47 usd/cwt səviyyəsinə enib (əvvəl 10,48 usd/cwt).