11:37 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 dollar olacağını gözləyir.
ABC.AZ xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
T.Kazımov gələn il üçün təbii qazın qiyməti ilə bağlı Mərkəzi Bankın proqnozlarını da açıqlayıb.
O bildirib ki, Mərkəzi Bank gələn il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 ABŞ dolları olacağını proqnozlaşdırır.
Müəllif: Elmir Muradov
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026