Azərbaycanda özəl sektor peyk təsvirlərinin emalına cəlb ediləcək

12:30 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. Azərbaycanda peyk təsvirlərinin emalı ilə bağlı özəl sektorun cəlbi daha aktiv və daha genişzolaqlı olacaq.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov bildirib.

O bildirib ki, dövlət kod yazmamalıdır, bütün intellektual məhsullar özəl sektor vasitəsilə yaradılmalıdır:

"Azərbaycanda peyk təsvirlərinin emalı ilə bağlı laboratoriya qurulacaq. Orada tək "Azərkosmos" bu emalda iştirak etmir, burada həm də özəl sektor iştirak edir".

A.Nərimanovun sözlərinə görə, peyk təsvirləri müxtəlif tip intellektual məhsullarının yaradılması, startap ekosisteminin inkişaf etdirilməsi, biliklərin transferi üçün çox yaxşı bir mənbədir:

"Əgər beynəlxalq mənbələrə istinad etsək, hazırda peyk təsvirləri əsasında çoxlu startaplar var. Nəhəng texnoloji şirkətlər intellektual məhsulların yaradılacağını əsas gətirərək onlara investisiyalar həyat keçirir".