10:24 - 13.10.2025
13 oktyabr, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 13-də 359 milyon 993 min 291 kVt/saat həcmində sifariş alınıb.
ABC.AZ TAP-ın internet platformasına istinadən xəbər verir ki, bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 5,26 % azdır.
Kipoi çıxış nöqtəsindən oktyabrın 14-dən 20-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, oktyabrın 7-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % azdır. Oktyabrın 8-dən 12-dək olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 % isə azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 13-da 20-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 13-da 20-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 13-də 297 milyon 476 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 6-na olan sifariş göstəriciləri ilə müqayisədə 6,15 % azdır.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 14-dən 20-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 7-dən 12-dək olan sifariş göstəriciləri ilə müqayisədə 14,32 % azdır.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026