16:59 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Azərbaycanda kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır.
ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədrinin müavini Şahin Əliyev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.
O vurğulayıb ki, I mərhələdə sistemdə istifadəçilərin vahid məlumat bazası formalaşdırılacaq və sayağaclardan daxil olan məlumatlar toplanacaq: "Bu, onun mərkəzləşdirilmiş təhlilini aparmağa imkan verəcək. Növbəti mərhələdə məlumatlar sensorlardan real vaxt rejimində daxil olacaq ki, bu da daha operativ qərar qəbul etməyə imkan verəcək". © Report
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026