Rusiya və Qazaxıstan yeni magistral qaz kəməri haqqında Memorandum imzalayıb

11:43 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda Rusiyadan Qazaxıstana yeni magistral qaz kəmərinin çəkilməsi layihəsinin icrası barədə memorandum imzalanıb.

ABC.AZ xəbər verir ki, “Qazprom” (RF) və Qazaxıstan Hökuməti arasında strateji saziş 2023-cü ildə imzalanmışdı.

Tərəflər Qazaxıstanın təbii qaza artan tələbatını nəzərə alaraq uzunmüddətli əməkdaşlıq arzusunu vurğulayıblar.

Danışıqların nəticələrinə görə, Qazaxıstan qazının Rusiya Federasiyasında uzunmüddətli emalının əsas parametrləri haqqında saziş imzalanmışdır.