Cari ildə qeyri-neft-qaz sektorundan daxilolmalar 9 faiz artıb

10:30 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Cari ili doqquz ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 9 milyard 173,2 milyon manat olub, proqnoz 103,0 faiz icra edilib.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 755,7 milyon manat və ya 9 faiz artıb.

Ödənilən vergilərin 73,6 faizi qeyri-neft-qaz sektorunun, 26,4 faizi isə neft-qaz sektorunun payına düşüb.