Azərbaycan neftinin qiyməti artıb

10:13 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dolları və ya 0,3% artaraq 70,08 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,87 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.