Bu yataqların yenidən işlənməsi ilə bağlı sənəd imzalandı

10:10 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SLB şirkəti arasında Xəzər dənizindəki "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır.