12:00 - 9.10.2018
9 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2018-ci ilin sonuna qədər Cənub Qaz Dəhlizinin yaradılması layihəsini həyata keçirmək üçün kreditin cəlb edilməsi prosesini başa çatdırmaq niyyətindədir.
ARDNŞ-nin İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib ki, Almaniyanın “Hermes” agentliyindən 1,5 milyard dollar məbləğində kredit cəlb olunacaq.
“Bu məsələ ilə bağlı danışıqlar artıq yekunlaşıb və razılıq əldə edilib”, - deyə V. Bəylərbəyov bildirib.
4 Avqust 2026
4 Avqust 2026