Su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş müraciətlər buna görə ləğv edilib

17:29 - 30.09.2025


30 sentyabr, Fineko/abc.az. Bu ilin əvvəlindən su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş 8 245 müraciətin 38 %-i ləğv edilib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyinin (ADSEA) şöbə müdiri Yusif Əhədi brifinqdə deyib.

O qeyd edib ki, ləğv edilmələrin əsas səbəbləri sənədlərin düzgün təqdim olunmaması və qanunsuz tikililərdir:

"62 % müraciət isə icra üçün yönləndirilib. Qərara görə, qoşulma nöqtəsi şəbəkədən 30 metrdən uzaqda olmamalıdır. Amma bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır".