16:08 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov qurumun 9 ay ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransında bildirib.
"Azərbaycanın su ehtiyatı 26,2 milyard kubmetr, Gürcüstanın su ehtiyatı bundan 4 dəfə çox – 108 milyard kubmetr, Ermənistanın su ehtiyatı isə bizdən 1,5 dəfə çox - 40 milyard kubmetrdir. Gürcüstan və Ermənistan birlikdə 148 milyard kubmetr su ehtiyatına malikdir və bu, Azərbaycanın göstəricisindən 5,7 dəfə çoxdur. Ölkəmiz Cənubi Qafqazdakı su ehtiyatlarının 15%-nə, Gürcüstan 62 %-nə, Ermənistan isə 23 %-nə sahibdir", - deyə o qeyd edib.
Sədr müavini həmçinin əlavə edib ki, Azərbaycan kənd təsərrüfatına yararlı torpaq sahəsində üstünlüyünü qoruyur:
"Ölkəmizdə bu göstərici 4,6 milyon hektar, Gürcüstanda 3 milyon hektar, Ermənistanda isə 1,1 milyon hektardır. Son nəticədə Gürcüstan və Ermənistanın birlikdə kənd təsərrüfatına yararlı torpaqları (4,1 milyon hektar) Azərbaycanın göstəricisindən azdır".
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026