Səkkiz ayda aqrar məhsullar üzrə ixrac 614,4 milyon dollar olub – Hesabat

11:13 - 30.09.2025


30 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “İxrac icmalı”nın sentyabr sayında bir çox ixrac əməliyyatları açıqlanıb.

ABC.AZ xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2% artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7% artaraq 209,5 milyon ABŞ dollarına bərabər olub.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3% artaraq 823,9 milyon ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (210,7 milyon ABŞ dolları) birinci olub.

Bu siyahıda pomidor (tomat) (157,2 milyon ABŞ dolları) ikinci, pambıq lifi (124,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Müəllif: Elmir Murad