10:33 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Cari ilin ilk 6 ayında işğaldan azad olunmuş bölgələrdə 1,99 milyard manat həcmində tikinti-quraşdırma işləri aparılıb və bu, bölgələr arasında 408 milyon manatlıq tikinti-quraşdırma işləri ilə Kəlbəcər rayonu yer alır.
ABC.AZ xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlildə qeyd edilib.
Sözügedən təhlildə ikinci sırada isə 303,1 milyon manatlıq tikinti-quraşdırma işləri ilə Laçın, üçüncü sırada 260,8 milyon manatlıq tikinti-quraşdırma işləri ilə Ağdam rayonunun qərarlaşdığı vurğulanıb.
İlk 6 ayda ən az tikinti-quraşdırma işləri aparılan işğaldan azad olunmuş bölgə Ağdərə rayonu olub. Bu müddət ərzində Ağdərə rayonunda cəmi 14,7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa rayonunda ilk 6 ayda 228,3 milyon manat həcmində tikinti-quraşdırma işləri aparılıb.
Qarabağın ən böyük şəhəri olan Xankəndidə isə ilk 6 ayda aparılan tikinti-quraşdırma işlərinin həcmi 80,4 milyon manat təşkil edib.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026