11:01 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində söyləyib.
Nazirin sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birlikdə Azərbaycanda Akselerasiya Mərkəzi fəaliyyətə başlayacaq:
"Bu təkcə bizim üçün deyil, həm də MDB regionu, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün unikal bir mərkəz olacaq. Buna görə qlobal texnologiya şirkətləri Azərbaycanı öz təyinat məkanları olaraq seçirlər. Bu Azərbaycan adına qürurverici hadisədir".
Müəllif: Elmir Murad
28 İyul 2026