Azərbaycan innovasiyalar sahəsində rəqabətliliyi artırmağa iddialıdır - Nazir

10:20 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Azərbaycan texnologiya rəqabətliliyində lider dövlət olmaq istəyir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

O qeyd edib ki, Azərbaycan innovasiyalar və texnologiyalar sahəsində rəqabətliliyi artırmağa iddialıdır: "Biz bu istiqamətdə ciddi addımlar atırıq. Azərbaycan müasir iqtisadiyyatı inkişaf etdirərək neft-qaz asılılığını minimuma endirməyi hədəfləyib".

Müəllif: Elmir Murad