Azərbaycan hidrogen strategiyasının hazırlanması üçün məsləhətçi cəlb edəcək

11:25 - 26.09.2025


26 sentyabr, Fineko/abc.az. Azərbaycan hidrogen strategiyasının həyata keçirilməsi üçün bir ay ərzində məsləhətçi cəlb etmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova bildirib.

O qeyd edib ki, Azərbaycanda hidrogen iqtisadiyyatı ideyası 2020-ci ilin əvvəllərində yaranıb.

"Sonra Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bizi dəstəklədi və biz beynəlxalq konsaltinq qruplarından biri ilə hidrogen iqtisadiyyatı ilə bağlı araşdırma apardıq. Bu, LCOE (Levelized Cost of Energy, enerjinin normalaşdırılmış dəyəri) üzrə çox maraqlı nəticələrə malik birillik araşdırma idi. Belə ki, "yaşıl hidrogen" üçün LCOE bir kiloqrama görə təxminən 3 avro olaraq qiymətləndirilib ki, bu da kifayət qədər rəqabətqabiliyyətlidir", - R.Hümbətova bildirib. © Report