Azərbaycan Prezidenti: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq

22:22 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Azərbaycan yeni bir dövrə qədəm qoyub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.