2025-ci ilin birinci yarısında mis istehsalı 1,188 min ton təşkil edib

15:32 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Xəbər verildiyi kimi, "Anglo Asian Mining" şiekəti 2025-ci ilin birinci yarısında 16,378 min unsiya qızıl ekvivalentində qiymətli metal çıxarıb (3,1 dəfə artım).

ABC.AZ xəbər verir ki, hesabat dövründə qızıl hasilatı 12,115 min unsiya (2,6 dəfə artım), gümüş hasilatı 62,354 min unsiya (4,9 dəfə artım), mis istehsalı isə 1,188 min ton (11,9 dəfə artım) təşkil edib.

Şirkət ilin birinci yarısında qlobal bazarlarda orta hesabla 3,077 min dollar/unsiya qiymətinə 9,781 min unsiya qızıl külçə (1,6 dəfə artım) satıb (2024-cü ilin yanvar-iyun aylarında şirkət qızıl külçələrini orta hesabla 2,174 min dollar/unsiya qiymətinə satıb).