Azərbaycan Serbiya ilə biznes əlaqələrini genişləndirir – Görüş keçirilib

16:32 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Azərbaycan Serbiya ilə biznes, enerji, investisiya, ticarət və digər sahələrdə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını müzakirə edib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial media hesabında paylaşıb.

Nazir qeyd edib ki, müzakirələr Serbiyanın Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşdə aparılıb: "Görüşdə birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb".