16:10 - 24.09.2025
24 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 176 milyon manat olub.
Bakı şəhər Statistika İdarəsindən ABC.AZ- verilən məlumata görə, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə real ifadədə 15,4 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 % artaraq 1 milyard 751 milyon manat olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026