Çin dünyada ən güclü georadarı işə saldı

12:08 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Çində keçmiş sualtı qayıqlarla uzun məsafəli rabitə qurğusunu simsiz Wireless Electromagnetic Method (WEM) georadarına çeviriblər.

ABC.AZ xəbər verir ki, antenaları onlarla kilometrə qədər uzanır, ötürücünün gücü isə yerin təkini 3 km-dən çox dərinliyə qədər araşdırmağa imkan verir. Texnologiyanın köməyi ilə ölkənin ən iri lityum (490 milyon ton) və qızıl yataqları artıq aşkar edilmişdir. Gələcəkdə qurğunun əhatə dairəsi 2000 km-ə çatacaq ki, bu da Çinə uran və kobalt da daxil olmaqla strateji ehtiyatların hasil edilməsində üstünlük verəcək.