Rusiyada buna görə ƏDV-ni 22 %-ə qədər artırmaq istəyirlər

11:14 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Rusiyanın Maliyyə Nazirliyi ümumi əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin 2 faiz bəndi - 20 %-dən 22 %-ə qədər artırılmasını təklif edir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, ƏDV-nin artırılmasından əldə ediləcək vəsait ilk növbədə müdafiə və təhlükəsizliyin maliyyələşdirilməsinin təmin edilməsi üçün nəzərdə tutulub.

Bütün sosial baxımdan əhəmiyyətli mallar - ərzaq məhsulları, dərmanlar və tibbi məhsullar, uşaq malları və digərləri üçün 10 %-lik güzəştli ƏDV dərəcəsi saxlanılır.

Qəbul ediləcəyi təqdirdə, Rusiya Vergi Məcəlləsinə düzəlişlər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.