"Krokus"da baş vermiş terror aktı qurbanlarının vəkilləri Ağalarovların aktivlərinin həbs olunmasını tələb edir

11:03 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. “Crocus City Hall” terror aktı işi üzrə zərərçəkənlərin müdafiə tərəfi Aqalarovların aktivlərinə həbs qoyulması barədə vəsatət irəli sürüb.

ABC.AZ xəbər verir ki, vəkil İqor Trunovun sözlərinə görə, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işi çərçivəsində iş adamları Araz Ağalarov və oğlu Emin Ağalarovun aktivlərinə həbs qoyulması barədə vəsatəti qəbul edib.

Sənəddə Rusiya Federasiyasının İstintaq Komitəsinə müraciət edilərək “Crocus Group” şirkətinin sahiblərinin əmlakına, “Crocus” SC-nə,  "Crocus Profi" Özəl Təhlükəsizlik Müəssisəsinə, “Crocus International” SC-nə həbs qoyulması üçün təcili tədbirlər görülməsi xahiş edilir, çünki "yanğın söndürmə sistemlərinin istismarı, evakuasiya çıxışlarına nəzarət və binanın qorunması üçün cavabdeh olan məhz Ağalarovların qurumları olub”.