17:10 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 807 ton armud ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 43 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 2,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 3 min 629 ton (+42 %), Qazaxıstana 51 min ABŞ dolları dəyərində (+16 %) 104 ton (+11 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 15,5 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 38,8 ton (+10 dəfə), Qətərə 13,15 min ABŞ dolları dəyərində 8,2 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 12,8 min ABŞ dolları dəyərində 17 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 9,1 min ton armudun 95 %-i Rusiyanın payına düşüb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026