Bakı internetin sürətinə görə 148 şəhər arasında 81-ci yerdədir

14:37 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. Avqust ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 198 şəhər arasında 84,76 MB/S sürətlə 110-cu yerdə qərarlaşıb.

ABC.AZ "Speedtest Global Index"ə istinadən xəvər verir ki, şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (369,17 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,83 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 96,75 MB/S sürətlə 148 şəhər arasında 81-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (625,24 MB/S), sonuncu yeri La Paz (Boliviya) (11,29 MB/S) tutub.