15:01 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 407,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 13 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 18 milyard 321,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Bunun 17 milyard 708,4 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,4 % çoxdur.
Bunun 2 milyard 257,2 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 6,6 % artıb), 15 milyard 009,9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (+0,4 %), 146,7 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisi (-1,4 %) istehsalının payına düşür.
Hesabat dövründə küləklə işləyən elektrik stansiyalarında 33,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin 8 ayının göstəriciləri ilə müqayisədə 13,5 % azdır.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026