2026-cı ildə ÜDM artımı 3,2% səviyyəsində proqnozlaşdırılır

11:08 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. Azərbaycan hökuməti 2026-cı ildə ölkədə 134,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.

Bu barədə ABC.AZ, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadla xəbər verir .

Məlumata görə, bunun 101,7 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.

Beləliklə, gələn il ölkədə iqtisadi artımın 3,2%, o cümlədən qeyri-neft-qaz sektorunda 8,8% təşkil edəcəyi proqnozlaşdırılır.

Azərbaycan hökumətinin ötən ay yenilədiyi iqtisadi artım proqnozlarına görə, bu il ölkədə 129,9 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 93,5 milyard manatlıq ÜDM istehsal olunmalıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1% çox ümumi daxili məhsul istehsal (83 milyard 37,8 milyon manatllıq) olunub.