Gələn il vergi orqanlarının büdcə öhdəliyi 8,5% artırılır

11:05 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. 2026-cl ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 16 milyard 821 milyon manat vəsait köçürəcəyi gözlənilir.

Bu barədə ABC.AZ, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadla xəbər verir .

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,5% çoxdur.