Dövlət büdcəsində 8 aylıq profisit 4 milyard manatı keçdi

15:22 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının dövlət büdcəsindəki profisitin həcmi 2025-ci ilin ilk səkkiz aynda 4 milyard 51,4 milyon manata yüksəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilk yeddi aya qədər 3 milyard 536,3 milyon manat idi.

Dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat olmaqla illik 4,5 faiz yüksəlib. Xərclər isə illik 0.2 faiz azalma ilə 22 milyard 308 milyon manat olub.