Bu təşkilatlar Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanı 4 % gözləyir

11:30 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə “ING Group”un açıqlamasında qeyd edilib. 2026-cı ildə orta illik inflyasiya fondun gözləntilərinə görə 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.

Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody”s” Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % olacağını proqnozlaşdırır.

Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 5,6 % təşkil edib.