10:55 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanın 5,5 %, 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində olacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,1 faiz bəndi artıb, növbəti iki il üçün isə dəyişməz qalıb.
Bank analitikləri 2025-ci ilin III rübündə inflyasiyanın 4,9 % (+0,1 faiz bəndi), IV rübündə isə 5,2 % (+0,1 faiz bəndi) təşkil edəcəyini gözləyirlər.
2026-cı ilin I rübündə ING orta illik inflyasiyanın 5 %, II rübdə 5,3 %, III rübdə 5,3 %, IV rübdə isə 5,7 % səviyyəsində olacağını gözləyir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026