Sumqayıtdan Gürcüstana məhsul ixracına başlanıb

17:08 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Sumqayıt Sənaye Parkının rezidenti “Sika” MMC ilk dəfə Gürcüstana 100 ton həcmdə müxtəlif növ tikinti məhsullarının ixracına başlayıb.

ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki,  şirkət 2016-ci ildə Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

İsveçrə kapitallı şirkətin investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70 nəfərə yaxın daimi iş yeri yaradılıb.

2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla şirkət tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib.