15:23 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 %, toxuculuq sənayesi məhsullarının istehsalı 29 %, qida məhsullarının istehsalı 10,8 %, kimya sənayesi məhsullarının istehsalı 8,4 %, tütün məmulatlarının istehsalı 8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,1 %, maşın və avadanlıqların istehsalı 0,7 % artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarının istehsalı 0,1 %, içkilərin istehsalı 0,4 %, tikinti materiallarının istehsalı 4,2 %, mebel istehsalı 7,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12,3 %, hazır metal məmulatlarının istehsalı 12,7 %, elektrik avadanlıqlarının istehsalı 13,8 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14 %, geyim istehsalı 20,8 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 22,1 %, poliqrafiya məhsullarının istehsalı 23,6 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 %, kağız və karton istehsalı 26,2 %, kompüter, elektron və optik məhsulların istehsalı 29,1 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 % artıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026