15:17 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % az sənaye məhsulu istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 % artıb.
Sənaye məhsulunun 61,2 %-i mədənçıxarma sektorunda, 32,3 %-i emal sektorunda, 5,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026