16:55 - 9.09.2025
9 sentyabr, Fineko/abc.az. Neft qiymətləri təzyiq altında qalır: Brent bir barelə 65-67 dollar arasında dəyişir və 67 dollar əsas səviyyəsindən yuxarı qala bilmir.
ABC.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı, OPEK+ tərəfindən hasilatın artırılması qərarı fonunda Asiya və digər regionlara oktyabr ayı üçün neft tədarükünün qiymətlərinin endirildiyini açıqlayıb. Hindistan Rusiyadan əvvəlki həcmdə neft idxalını bərpa etməyə çalışır, lakin tədarükün bir hissəsi Çinə yönəldilir. Bu arada ABŞ-da enerji şirkətləri xərcləri və işçi sayını azaldır, mütəxəssislər isə zəif tələbat səbəbindən qiymətlərin enməsi riskləri barədə xəbərdarlıq edirlər. Qaz bazarında isə diqqət hər milyon BTU üçün 3,177 dollar səviyyəsinə yönəlib: həmin səviyyənin aşılması qiymətlərin daha da artmasına yol aça bilər.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026