Efiopiya Afrikada ən iri su elektrik stansiyasını istismara verdi

15:50 - 9.09.2025


9 sentyabr, Fineko/abc.az. Efiopiyanın Baş naziri Abiy Əhməd çərşənbə axşamı Afrikanın ən iri "Dirçəliş" Su Elektrik Stansiyasını açıb. Onun inşası Misir və Sudanla fikir ayrılığına səbəb olub.

ABC.AZ xəbər verir ki, bu barədə tədbirin Afrika siyasətçisinin sosial şəbəkələrində yayımlanmasında deyilir.

"Bu bənd, Efiopiya resurslarının vətəndaşlarımızın və bölgənin xeyrinə istifadə etmək əzmimizin sübutudur", - deyə nazir bildirib.

Ö, "Dirçəliş" bəndinin çay axınlarını sabitləşdirəcəyinə, daşqını azaldacağına və Misir və ya Sudana zərər vermədən iqtisadi inteqrasiyanı təşviq edəcəyinə əminliyini bildirib.