"Bank of Baku"–nun istiqrazları üçün “Ticarətə İcazə” qərarı verildi

17:02 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. 5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank of Baku" ASC-nin 40 milyon manatlıq istiqrazlarınının 20 milyon manat olan1-ci tranşının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.09.2025-ci il tarixində başlayıb, 19.09.2025-ci il tarixində bitəcəkdir.

İstiqrazlar üzrə illik gəlirlilik faizi 13%, tədavül müddəti 18 aydır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Bank of Baku" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2010005364

İstiqrazın növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması:  Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı:  200 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  20 000 000 manat

İllik gəlirlilik faizi:  13%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti:  18 ay

Ticarətə buraxılma tarixi:  23.09.2025

Anderrayter:  "ABB-Invest Investisiya Şirkəti" QSC