15:37 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. 2024-cü ildə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun (ƏMMDF) gəlirləri 10,651 milyon manat, xərcləri isə 3,443 milyon manat olub.
ABC.AZ xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6 % çox və 3,7 dəfə azdır.
Ötən il ƏMMDF-nin qeyri-birja əməliyyatlarından gəlirləri 10,490 milyon manat (əvvəlki ilə nisbətən 5,9 % çox), sair əməliyyatlardan gəlirləri isə 160 min manat (11,9 % çox) təşkil edib.
2024-cü ildə ƏMMDF-nin əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 2023-cü illə müqayisədə 2,1 dəfə artaraq 942 min manat, maliyyə yardımları və sair transfer ödənişləri 265 min manat (əvvəlki il olmayıb), sərf etdiyi materialların dəyəri 25 % azalaraq 3 min manat, amortizasiya xərcləri 6,3 % artaraq 8 min manat, sair əməliyyat xərcləri isə 5,5 dəfə azalaraq 2,224 milyon manat olub.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026